Makerspace.az > About Us
Kurs haqqında məlumat
Makerspace Azərbaycan MMC-nin təşkil etdiyi bir çox kurs və təlimlərin məzunu olmuş şagirdlər və tələbələr müxtəlif yerli və beynəlxalq yarışlarda iştirak edərək bir sıra nailiyyətlər əldə etmişlər. Kurs və təlimlərimizdə iştirak etmiş iki komanda 2022-ci ilin may ayında ölkəmizdə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında yarışaraq birinci və üçüncü yerlərə layiq görülmüşlər. Bundan başqa komandalarımız 2022-ci ilin Dekabr ayında keçirilən “SAF – STEAM Azerbaijan Festivalı”-da da iştirak etmiş, mentoru olduğumuz bir komanda finala qədər yüksəlmiş və ikinci yerə layiq görülmüşdür.
Nailiyyətlər
Nailiyyətlər
Kursun nailiyyətləri
- 🥇🏆 2022-ci il “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Yaşıl texnologiyalar mövzusu C kateqoriyası üzrə birinci yerin qalibi
- 2022-ci il Dünya Robot Olimpiadasının Azərbaycan finalında ikinci yer
- 2022-ci il “SAF – STEAM Azerbaijan Festivalı”-nda mentoru olduğumuz “Maker Tronika 81” komandası “Mexatronika” kateqoriyası üzrə ikinci yer
- 🥉 2022-ci il “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı “BAKU SKILLS” kateqoriyası üzrə üçüncü yer
Certifications
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Yaşıl texnologiyalar mövzusu C kateqoriyası üzrə birinci yer qaliblərinin sertifikatı
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı “BAKU SKILLS” kateqoriyası üzrə üçüncü yer qaliblərinin sertifikatı
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı “BAKU SKILLS” kateqoriyası üzrə üçüncü yer qaliblərinin sertifikatı