“Lehimləmək Asandır” Komiks Bələdçi

Gəlin birlikdə öyrənək!

Lehimləmə öyrənib, şəxsi təcrübənizi artıraraq maraqlı layihələr reallaşdırmaq və ya təmir işləri görmək istəyirsiniz? Bəlkə kiməsə öz bildiklərinizi öyrətmək üçün tədris prosesində vizual bir bələdçiyə ehtiyacınız var? Onda bu əyləncəli və öyrədici komiks tərzində hazırlanmış bələdçidən təmənnasız şəkildə istifadə edə bilərsiniz. Endirmək üçün aşağıdakı üz qabığı şəklinin üstünə klikləyib, fayla keçin. Başqalarıyla da paylaşmağı unutmayın!

Bələdçi komiks olaraq ilk dəfə maker/xaker Mitç Altman tərəfindən hazırlanıb və http://mightyohm.com/soldercomic saytında, Ceff Kayzer tərəfindən yayımlanıb. Sayta keçid edərək digər dillərdə olan versiyalarla da tanış ola bilərsiniz.

Bələdçidə adı çəkilən məhsullar:

Digər maraqlı yeniliklərdən vaxtında xəbər tutmaq üçün bizi sosial media kanallarımızda izləyə bilərsiniz.